Gəncədə avtomobil maneəyə çırpılıb, qadın və onun qızı xəsarət alıb - YENİLƏNİB
![]()
Gəncə şəhərində avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində Yevlax şəhər sakini, 1968-ci il təvəllüdlü Kəmalə Babayeva və onun qızı, 1992-ci il təvəllüdlü Kəbutər Babayeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Sürücü və daha bir qadın sərnişinə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
*** 21 dekabr, saat 22:40
Gəncə şəhərində ağır avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq dairəyə çırpılması nəticəsində sürücü və 3 sərnişin yaralanıb.
Hazırda qəza baş verən əraziyə "təcili tibbi yardım" briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədib.
Rubrika.Az
Facebook-da paylaş














