İran etiraz etdi: BVF qalmaqalı davam edir
![]()
Heç bir ölkə, o cümlədən ABŞ İranın Beynəlxalq Valyuta Fondundan kredit istəməsinə veto qoymaq haqqında sahib deyil.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, bunu İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Nəhavəndian deyib.
“İran BVF-nin təsisçi üzvlərindən biridir və yaxşı maliyyə göstəricilərinə sahibdir. Beynəlxalq təşkilatlar ondan gözlənilən şeyi etməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, İranın BVF-dan 5 milyard kredit istəyi ABŞ tərəfindən bloklanıb.
Rubrika.Az
Facebook-da paylaş











