Operativ Qərargah: Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
![]()
“Ötən həftə ölkədə ərzaq təhlükəsizldiyini təmin etmək üçün təlimat işlənib hazırlandı, təsdiqləndi”.
Rubrika.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, Koronavirusla Mübarizə Fondunda 110 milyon manat ianə yığılıb: “Ölkəyə kifayət qədər şlenmlər, skafandrlar, maskalar gətirilib. Bu günə ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində 450 mindən artıq tibbi maska satılır".
Rubrika.Az
Facebook-da paylaş














