Türkiyəli generalın xanımı COVİD-19-dan vəfat etdi

Martın 16-da vəfat edən Türkiyənin keçmiş Quru Qoşunları komandanı Aytaç Yalmanın həyat yoldaşı Belma Yalman bu gün dünyasını dəyişib.
Rubrika.Az yerli KİV-lərinə istinadən xəbər verir ki, keçmiş generalın xanımı da koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, Covid-19-dan dünyasını dəyişən 80 yaşlı Yalmanın xanımının da koronavirusa yoluxduğu məlum olmuşdu. Belma Yalmanın virus əleyhinə müalicəsi gözlənilən nəticəni verməyib.
Rubrika.Az
Facebook-da paylaş














