Bakıda evdə meyit tapılıb
![]()
Bakıda evdə meyit tapılıb.
Bu barədə Rubrika.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Həsənova Şəhla Fəxrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.Az
Facebook-da paylaş














