COVİD-19 daşıyıcılarının sayına görə Türkiyə Çini keçdi
![]()
Koronavirusla mübarizə qlobal miqyasda davam edir. Artıq Türkiyədə COVİD-19 daşıyıcılarının sayı Çini keçib.
Rubrika.Az yenisabah.az-a istianadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
Məlumata görə, son 24 saatda 127 nəfərin virus səbəbilə ölüb. Daha 3 min 977 nəfərdə isə koronavirus simptomları aşkarlanıb. Bildirək ki, Türkiyədə bugünədək 2 min 17 ölüm hadisəsi yaşanıb. 80 min 306 nəfər isə infeksiya daşıyıcısı kimi qeydə alınıb.
Rubrika.Az
Facebook-da paylaş













