Türkiyə koronavirusa yoluxanların sayına görə Çini keçdi
![]()
Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 86 306 nəfərə çatıb.
Rubrika.Az yenisabah.az-a istinadla bildirir ki, bununla da Türkiyə koronavirusa yoluxanların sayına görə Çini keçib. Türkiyə hazırda COVİD-19-a yoluxma sayına görə dünya üzrə 7-ci yerdədir.
Ölkədə 2017 nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirusun meydana gəldiyi Çində isə yoluxanların sayı 82 747 nəfər, ölənlərin sayı isə 4 632 nəfər təşkil edir.
Rubrika.Az
Facebook-da paylaş













