Özbəkistanda koronavirusa yoluxanların sayı 1 700-ə çatır
![]()
Özbəkistanda daha 14 nəfərdə koronavirus aşkarlanıb.
Rubrika.az “Report”a istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Mərkəzi Asiya ölkəsində virusa yoluxanların sayı 1692-yə yüksəlib. Ölkədə indiyədək 6 nəfər COVID-19 qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 325 nəfəri sağalıb, 177 688 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Rubrika.az
Facebook-da paylaş








