Avtomobil velosipedçini vuraraq öldürdü

Ucarda velosipedçini avtomobil vuraraq öldürüb.
Rubrika.Az-ın Musavat.com-a istinadına görə, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisində baş verib.
Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Asim Nazim oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkiram Soltan oğlu Quliyevi vurub.
Zərərçəkən ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












