Ukraynada koronavirusla bağlı antirekord qeydə alındı - 24 SAATDA 501 ÖLÜ

Ukraynada son sutkada koronavirusa tutulan xəstələrin sayı ilə bağlı antirekord qeydə alınıb-501 nəfər koronavirusa yoluxub.
Virtualaz.org yerli KİV-ə istinadənbildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, koronavirusun yayılmasından bəri Ukraynada qeydə alınan ən yüksək göstəricidir. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 4662 nəfərə çatıb.
Ukraynada son 24 saatda 9 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 125 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 246 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ümumiyyətlə, Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək karantin elan edilib.
Rubrika.Az
Facebook-da paylaş













