Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
![]()
..Azərbaycanda dövriyyədə 22 milyard 407.2 mln. manat pul var.
Rubrika.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, cari ilin 9 ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10.4% artaraq 22 milyard 407.2 mln. manat təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, Bank sektorunun xarici öhdəlikləri 84.2 mln. manat artaraq 1 milyard 117.6 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik qeyri-rezident banklarla həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatların həcmindəki artımla əlaqədardır.
Rubrika.az
Facebook-da paylaş















