Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib - YENİLƏNİB
![]()
Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilib.
Nümayəndə heyətinə Anar Məmmədov, İlham Məmmədov, Aydın Hüseynov daxildir.
Qənirə Paşayeva faktı APA-ya təsdiqləyib.
O bu etimad üçün parlament rəhbərliyinə təşəkkür edib.
“Ölkəmizi bu beynəlxalq təşkilatda layiqincə təmsil etmək üçün var gücümüzlə çalışacağıq”, - deyə Q. Paşayeva bildirib.
Rubrika.Az
Facebook-da paylaş














