İsveçdə 22 yaşlı azərbaycanlı koronavirusdan vəfat etdi
![]()
İsveçdə azərbaycanlı gənc koronavirusdan vəfat edib.
Rubrika.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand feysbuk hesabında paylaşım edib.
"Stokholmda 22 yaşında gənc azərbaycanlımız bu gün gecə saatlarında Covid-19-dan həyatını itirdi. Özü də sağlam bir gənc. İsveç virusla oyun oynayır. Yaxşı ki, Azərbaycandasız", - deyə o, paylaşımında qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş








