ABŞ-da prezident seçkiləri təxirə salınmayacaq

ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, Ağ Ev lideri keçirdiyi brifinqdə seçkilərin təxirə salınmayacağını deyib.
“Seçki tarixinin dəyişdirilməsini heç düşünməmişdim. Bunu niyə etməliyəm? 3 noyabr, çox yaxşı tarixdir. Bu, onun (Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden - Red) deyil, qısa ifadələr yazan insanlar tərəfindən hazırlanan təxribatdır”.
Qeyd edək ki, Co Bayden Donald Trampın koronavirusa görə ABŞ-da prezident seçkilərini təxirə sala biləcəyini bildirmişdi.
Rubrika.Az
Facebook-da paylaş















