Polşada prezident seçkiləri təxirə salınmayacaq

İlkin qərara əsasən, Polşada mayın 10-da keçirilməsi nəzərdə tutulan prezident seçkiləri təxirə salınmayacaq.
Rubrika.Az xəbər verir ki, pandemiya səbəbindən səslər poçt vasitəsilə qapalı zərflərdə qəbul olunacaq. Bu qərar ölkənin Ali Məhkəməsi tərəfindən razılıqla qarşılanmasa da, seçkilərin baş tutacağı ehtimalı yüksəkdir.
Polşanın hazırkı Prezidenti Andjey Duda xalq arasında populyarlığını artırmaqda davam edir və ilkin proqnozlara əsasən, o, seçicilərin səslərinin 50 faizini toplayacaq. Belə olarsa, mayın 24-də keçirilməsi nəzərdə tutulan ikinci tura ehtiyac qalmayacaq. Seçkilərdə Prezident Andjey Dudanın əsas rəqibi Polşa Xalq Partiyasının lideri Vladislav Kosinyak-Kamışdır.
Keçirilən sorğulara əsasən isə əhalinin yalnız 30 faizi səsverməyə qatılacaq. Hökumət səsvermənin təşkili üçün məsuliyyəti Milli Seçki Komissiyasından (PKW) Polşa Poçtuna keçirib. Poçt idarələri vətəndaşların şəxsi məlumatlarını toplayaraq seçici siyahıları hazırlamalıdır.
Seçki bülletenləri artıq çap olunur və yekun qərardan sonra seçkilərə hazırlıq yekunlaşacaq.//musavat.com
Rubrika.Az
Facebook-da paylaş













