"Karantin rejimindən istifadə edib məhkəmə qərarını icra etməyən şəxslər həbs edilib" - nazirlik rəsmisi

"İcra xidmətinin əməkdaşları valideynlik hüququndan istifadə etmək istəyən şəxsləri övladları ilə video görüntülər vasitəsi ilə görüşdürüb".
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.
F.Əfəndiyev qeyd edib ki, icra xidmətinin fəaliyyəti pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq həyata keçirilib.
"Aliment tələbi ilə bağlı məhkəmə qərarlarının icrası vacib olduğu üçün bu işlər ciddi nəzarətdə saxlanılıb. Əvvəl ödənişlər nağd şəkildə edilsə də pandemiya dövründə alimentlərin onlayn qaydada ödənməsi təmin edilib"- deyə F.Əfəndiyev qeyd edib.
Əfəndiyev bildirib ki, sosial izolyasiya tədbirlərinin tətbiq edildiyi dövrdə məhkəmə qərarlarını icra etməyən şəxslər barəsində də tədbirlər görülüb: "Bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək məhkəmə qərarını icra etmirlər. Həmin şəxslər barəsində icra məmurları tərəfindən tədbirlər görülüb, bir neçə nəfər barəsibdə həbs qərarı seçilib".
Fərid Əfəndiyev qeyd edib ki, nigahı pozulan şəxslərin övladları ilə görüşü də təşkil edilib: "Videogörüntü yaratmaq imkanı olmayan vətəndaşlara icra məmurları tərəfindən şərait yaradılıb, onlar kamera ilə təmin edilib, dəstək göstərilib".
Rubrika.Az
Facebook-da paylaş










