ABŞ-Çin münasibətləri kəskinləşir
![]()
Koronavirus pandemiyası ABŞ-la Çin arasındakı münasibətləri kəskinləşdirib.
Rubrika.Az xatırladır ki, ABŞ hələ pandemiyanın ilk günlərində baş verənlərə görə Çini ittiham edirdi. ABŞ-da infeksiyaya yoluxma kütləvi xarakter almağa başladıqdan sonra bu ittihamlar bir qədər də tündləşdi. ABŞ Prezidenti Donald Tramp səviyyəsində bəyan edildi ki, koronavirusun mənbəyi Uhandakı Virologiya İnstitutudur. Bundan sonra Çinə qarşı təzminat davası gündəmə gəldi.
Bu günlərdə isə ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, koronavirusun Çində bir laboratoriyadan yayılması ilə bağlı “çox böyük sübutlar” var.
Çin hökuməti isə hesab edir ki, ABŞ-ın iddiaları diqqəti daxili problemlərdən yayındırmaq cəhdidir.
Müşahidələr göstərir ki, bu məsələ ABŞ-Çin qarşıdurmasını daha da dərinləşdirəcək. Əgər Pompeyo virusun Çindəki laboratoriyaların birindən yayılmasına dair sübutlar olduğunu bəyan edirsə, o zaman Çinə qarşı iqtisadi sanksiyaların və təzminat davasının işə düşəcəyi şübhəsizdir.
Yeri gəlmişkən, Tramp artıq bəyan edib ki, Çinə qarşı sanksiyalar hazırlanır. Bu məsələdə Avropa ölkələrinin də ABŞ-a dəstək verəcəyi gözlənilir. Rusiyalı politoloqlar hesab edir ki, Ağ Ev Çinlə mübarizədə Rusiyanın dəstəyini qazanmağa çalışacaq. Onların fikrincə, Vaşinqton Kremli buna razı salmaq üçün Ukrayna və Suriya məsələsində güzəştə gedə bilər.
Beləliklə, yaxın gələcəkdə Çini ciddi basqı gözləyir.//Yenisabah.az
Rubrika.Az
Facebook-da paylaş












