Son sutkada ABŞ-da 1142 nəfər koronavirusdan ölüb
![]()
Son bir gündə ABŞ-da 1142 nəfər koronavirusdan vəfat edib.
Rubrika.Az-ın xəbərinə görə, indiyədək ABŞ-da COVID-19 virusuna yoluxaraq, ölənlərin sayı 68636 nəfər çatıb.
Son bir sutka ərzində ölkənin müxtəlif regionlarında 27750 nəfər virusa yoluxub və bununla da ABŞ-da indiyədək koronavirusa yoluxanların ümumi sayı 1189914-ə çatıb.
Rubrika.Az
Facebook-da paylaş









