Qəbələdə iki maşın toqquşub, xəsarət alan var
![]()
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Rubrika.Az FHN-ə istinadən məlumat verir ki, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.Az
Facebook-da paylaş













