Estoniyada koronavirusa yoluxanların sayı 1 700-ü ötdü

Estoniyada koronavirusa yoluxanların sayı 1 720-yə çatıb.
Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti açıqlama yayıb.
Estoniyada son sutkada daha 7 yoluxma hadisəsi qeydə alınıb. Ölkə üzrə pandemiyadan 56 pasiyent ölüb. 273 nəfər sağalıb.
Qeyd edək ki, Estoniya Nazirlər Kabinetinin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 17-dək uzadılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.
Rubrika.Az
Facebook-da paylaş









