"Yoluxmalar ikinci dalğanın başlanmasına doğru istiqaməti göstərir" - RƏSMİ

"Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlaya bilər".
Rubrika.Az xəbər verir ki, bunu TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.
R.Bayramlı qeyd edib ki, Azərbaycan hökuməti və səhiyyəmiz bunun qarşısını almağa tam hazırdır: "Statistik rəqəmlər artıq bu dalğaya doğru istiqaməti göstərir. Biz bunu əvvəlcədən bilirdik və hazır idik".
TƏBİB rəsmisi əlavə edib ki, yoluxanların sayının kəskin şəkildə artmasının səbəbi karantin rejimi yumşaldılandan sonra əhalinin müəyyən edilmiş qaydalara əməl etməməsidir.
Rubrika.Az
Facebook-da paylaş







