Koronavirusun dərmanı Hindistan və Pakistanda istehsal olunacaq
![]()
Koronavirusun müalicəsində ümidverici dərman olan "remdesivir" istehsalçısı gözlənilməz addım atıb. Belə ki, "Gilead" şirkəti dərmanın daha çox insana çatması üçün beş ayrı istehsalçı ilə müqavilə bağladığını açıqlayıb.
Rubrika.Az xəbər verir ki, müqaviləyə əsasən, Hindistan və Pakistan mərkəzli fabriklərdə 127 ölkə üçün "remdesivir" istehsal olunacağı diqqətə çatdırılıb. Şirkət rəhbərliyi qeyd edib ki, sözügedən dərmanla bağlı digər şirkətlər "Gilead"a pul ödəməyəcəklər. Lakin bu vəziyyət situasiyadan asılı olaraq dəyişə bilər.
Belə ki, əgər ÜST fövqəladə vəziyyət qərarını ləğv edərsə, dərman üçün ilk istehsalçıya pul ödəniləcək. "Gilead" il sonunadək 1 milyon insanın müalicəsi üçün dərman istehsal etməyi planlayır.
Rubrika.Az
Facebook-da paylaş















