Qadın sürücü “Jeep”lə piyadanı vurub öldürdü
![]()
Yasamal rayonunun M.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, qəza mayın 18-də saat 2 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Aygün Qəniyeva idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












