ABŞ-da son sutkada 1373 nəfər koronavirusdan ölüb
![]()
ABŞ-da indiyədək yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 96389 nəfərə çatıb.
Rubrika.Az-ın xəbərinə görə, son sutkada ABŞ-da 1373 nəfər koronavirusdan vəfat edib.
İndiyədək ABŞ-da 1 milyon 500 mindən artıq şəxs koronavirusa yoluxub. Virusa yoluxan 290 mindən artıq şəxs sağalıb.
Rubrika.Az
Facebook-da paylaş










