Hökumətin koronavirusa qarşı mübarizədə xərcləri yetərlidirmi?

Koronavirus pandemiyası iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq içdən ciddi şəkildə vurdu. Bəli, bu ilk böhran deyil. Müstəqillik əldə etdikdən sonra 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə böhran yaşamışdıq, lakin bunların heç biri ölkəmizin iqtisadiyyatı üçün bu cür şok təsir bağışlamamışdı.
Proses hələ davam edir və tam olaraq nə vaxt qutaracağı da bəlli deyil.
Lakin iş ondadır ki, bu dəfə həm də daha yaxşı və güclü müqavimət göstərdik, göstərməkdə də davam edirik. Belə ki, böhran dövlətin və hökumətin qarşısında birdən-birə sayca iki olduqca mühüm və vacib məsələni həll etmək vəzifəsi qoydu ki, hökumət bunun müqabilində "başını itirmədi".
Bu vəzifələr hansılar idi? Birincisi, əhalinin sağlamlığı qayğısına qalmaq, ikincisi isə iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək xaos və misilsiz tənəzzüldən sığortalamaq.
Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, yuxarıda qeyd etdiyim hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar isə xarici dairələrin də diqqətindən yayınmayaraq müsbət qiymətləndirildi.
Hansı ki, hər iki vəzifənin icrası sinxron həyata keçirilməklə bu siyasət davam etdirilməkdədir.
Sözüm bunda deyil. Bəziləri isə həyata keçirilən tədbirlərin və görülən işlərin oturub yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar ki, sanki hər şeyi məhz bu, həll edir. Və müqayisələr gətirirlər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur.
Rubrika.Az
Facebook-da paylaş









