Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi bilindi
![]()
“Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək".
Rubrika.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O vurğulayıb ki, qəbul imtahanlarının vaxtı iyun ayının 5-dən sonra dəqiq elan olunacaq.
“Yalnız bundan sonra sənəd verənlərin sayına uyğun hazırlıq işləri görülməlidir. Odur ki, iyunun 5-dən sonra tarixlər məlum olacaq”, - deyə DİM sədri qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş












