Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
![]()
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Pirverdiyev Elgün Elşən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin kəsilmiş yarası diaqnozu qoyulub.
Rubrika.Az
Facebook-da paylaş







