Sumqayıt-Bakı yolunda böyük tıxac - paytaxta girmək müşkülə çevrilib

Sumqayıt-Bakı yolunda avtomobillərin hərəkəti bir saatdan çoxdur ki, dayanıb.
Rubrika.Az bldirir ki, bu barədə musavat.com-a həmin istiqamətdə hərəkət edən əməkdaş xəbər verib.
Onun sözlərinə görə, son aylarda görünməmiş tıxac səbəbindən minlərlə maşın yolda qalıb, artıq sürücülər avtomobillərindən enərək, yolun nə vaxt açılacağını gözləyirlər.
Güman olunur ki, kilometrlərcə uzanan tıxacın səbəbi sərt karantin rejimindən sonra paytaxta doğru hərəkət edən avtomobillərin sayının kəskin artmasıdır.
Rubrika.Az
Facebook-da paylaş














