Rusiyada koronavirusa yoluxanların sayı 500 minə çatır
![]()
Rusiyada koronavirusa yoluxanların sayı 476 min 658 nəfərə çatıb.
Rubrika.Az xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla Mübarizə Mərkəzi məlumat yayıb. Açıqlamaya görə, son sutka ərzində 8 min 985 nəfərdə COVID-19 simptomları aşkarlanıb.
Ölənlərin sayı isə 112 nəfər artaraq 5 min 971 nəfərə çatıb.
Rubrika.Az
Facebook-da paylaş











