Rusiyada koronavirusa yoluxanların sayı 290 mini keçdi

Rusiyada son sutka ərzində 8 min 926 nəfər koronavirusa yoluxub.
Rubrika.Az xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla Mübarizə Mərkəzi məlumat yayıb. Məlumata görə, mayın 1-dən sonra ilk dəfə Rusiyada yoluxanların sayı 9 mindən az olub. Ölkədə ümumilikdə 290 min 678 nəfər COVİD-19 daşıyıcısı kimi qeydə alınıb. Ölənlərin sayı isə 2 min 722 ,müalicə alaraq sağalanların sayı isə 70 min 209 nəfərə çatıb.
Rubrika.Az
Facebook-da paylaş
















