Bakı metrosunda keçmiş müəllimdən 900 psixotrop həb götürüldü
![]()
Bakı Metropoliteninin polis əməkdaşları paytaxtın Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirərək metroda narkotik alverində şübhəli bilinən 1963-cü il təvəllüdlü Mirvari Hüseynovanı saxlayıblar.
Rubrika.Az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Onun çantasında axtarış zamanı “Tramadol” psixotrop dərmanının 900 həbi aşkar edilərək götürülüb.
İstintaq zamanı dərmanın satış üçün nəzərdə tutulduğu müəyyən edilib.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları qadının narkotik alveri ilə məşğul olmazdan əvvəl Bakı məktəblərindən birində müəllim işlədiyini də aydınlaşdırıblar.
Hazırda istintaq ələ keçirilmiş psixotrop dərmanların təchizatçısının kim olduğunu araşdırır.
Rubrika.Az
Facebook-da paylaş








