Tovuzda qadın piyadanı avtomobil vuraraq öldürüb

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Rubrika.A-ın Report-a istinadən məlumatına görə, hadisə Qovlar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











