Paşinyan fövqəladə vəziyyət rejimini 3-cü dəfə uzatdı

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti yenidən, bu dəfə iyulun 13-dək uzadılıb.
Rubrika.Az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.
Ölkədə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.
Yeri gəlmişkən, Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına daha 612 yoluxma qeydə alınıb, 13 nəfər isə ölüb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 15 281-ə, ölənlərin sayı isə 258-ə çatıb.
İndiyədək 5639 xəstə sağalıb.
Rubrika.Az
Facebook-da paylaş
















