FHN Kürdə batan 2 nəfəri axtarır
![]()
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir.
Rubrika.Az FHN-ə istinadən xəbər verir ki, axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.
Əlavə məlumat veriləcək.
Rubrika.Az
Facebook-da paylaş















