Koronavirus ayaqyolundan yoluxa bilər - XƏBƏRDARLIQ...
![]()
Çinin Yangzhou Universitetinin araşdırmaçıları sifon çəkmənin yeni tip koronavirusun (Kovid-19) havada sürətlə yayılmasına səbəb olduğunu ortaya çıxarıb.
Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, elm adamları sifon çəkən zaman sürətlə gələn suyun "Kovid-19" tərkibli aerozol hissəciklərini ətrafa yaydığını və virus infeksiyasının nəfəs yolu ilə yoluxmasına səbəb olacağını açıqlayıb.
Sözügedən araşdırmada sifon çəkilən zaman yerdən 91 metr uzunluğuna qədər bir sprey buludu yaratdığı qənaətinə gəlinib. Mütəxəssislər sifonu "unitaz" qapağını örtərək çəkmənin bunun qarşısını ala biləcəyini bildirib.
Xatırladaq ki, koronavirus öskürək və asqırma yolu ilə yayılan zərrəciklərlə, ya da bu zərrəciklərin olduğu obyektlərdən yayılır. Virusa yoluxan insanların nəcislərində virusun izlərinə rast gəlinsə də, bunun xəstəlik yoluxdurub-yoluxdurmadığı hələ ki sübut olunmayıb.
Rubrika.Az
Facebook-da paylaş















