Moskvada kişi keçmiş sevgilisini, onun anasını və övladını güllələdikdən sonra intihar edib
![]()
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən yaşayış evində silahlı insident olub, 4 nəfər ölüb.
Rubrika.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kişi keçmiş sevgilisini, onun anasını və övladını qətlə yetirib.
Həmin şəxs hadisəni törədəndən sonra intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı cinayət işi başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş










