Bakıda vəzifəli şəxs dənizdə boğulub öldü - YENİLƏNİB + FOTO
![]()
Bakı sakini dənizdə boğulub.
Rubrika.Az Oxu.Az-a istinad edərək xəbər verir ki, dünən Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımov dostu ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən “Mayak” çimərliyində dənizdə üzərkən boğulub.
Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerində meyitə baxış aparılıb, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Qeyd edək ki, Tural Qasımov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya və Biologiya fakültəsinin dekan müavini vəzifəsində çalışıb.![]()
Rubrika.Az
Facebook-da paylaş
















