Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirilir - RƏSMİ
![]()
“Sərt karantin tətbiq olunan iki həftə ərzində buraxılış və qəbul imtahanlarının vaxtının dəyişdirilməsi qərara alınıb”.
Rubrika.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bu mövzu müzakirə edilib və iki həftəlik karantin rejimi ilə bağlı buraxılış və qəbul imtahanları təxirə salınmasına qərar verilib:
“Ola bilər ki, yalnız Naxçıvan Muxtar Respublikasında imtahan tarixləri dəyişməsin. Amma bütün hallarda bununla bağlı keçiriləcək növbəti brifinqlərdə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən ətraflı məlumat veriləcək”.
Rubrika.Az
Facebook-da paylaş










