Türkiyədə COVID-19 infeksiyası qurbanlarının sayı 4900-ü keçib
![]()
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.
Rubrika.Az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 41 316 şübhəli koronavirus testindən keçib, onlardan 1214-nün cavabı pozitiv çıxıb. Bu gün, həmçinin 1494 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4905 nəfər ölüb, 185 245 nəfər bu infeksiyaya yoluxub, 157 516 nəfər isə müalicə olunub.
Rubrika.Az
Facebook-da paylaş











