Pirallahı sakinindən narkotik götürüldü

Bakı şəhər sakinində narkotik vasitə aşkarlanıb.
Rubrika.az-in “Report”a istinadla xəbərinə görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Pirallalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun qəsəbə sakini, 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsləri ilə məhkum olunmuş Vasif Abdullayev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 107 qram marixuana və qəsəbə ərazisində yerləşən tikilidə gizlətdiyi 1 kq 885 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş






