Bakı sakinindən 10 kq narkotik götürüldü
![]()
Bakı sakinində narkotik aşkarlanıb.
Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Ağababayevdən 10 kq 220 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














