İstanbulda sel bir nəfərin ölümünə səbəb olub
![]()
İstanbulun Esenyurt rayonundakı sel fəlakətində bir nəfər ölüb, 7 nəfər yaralanıb.
Rubrika.Az-ın xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib. Onun sözlərinə gğrə, İstanbulda aramsız leysan yağışları nəticəsində daşan Harami çayı selə səbəb olub.
Ali Yerlikaya ölən şəxsin 32 yaşlı Suriya vətəndaşı olduğunu qeyd edib.
Vali zirzəmidə qalan digər 2, 3 və 5 yaşlarında olan suriyalı uşaqların isə xilas edildiyini vurğulayıb.//apa.az
Rubrika.Az
Facebook-da paylaş











