Paşinyan və Avakov : “rəngli inqilab” və neonasistlərin erməni havadarları İLGİNC FAKTLAR

“Ukraynanın Daxili İşlər naziri Arsen Avakov və Ermənistanın Baş naziri Nikol Paşinyan xarici qüvvələrin sifarişi ilə sağçı millətçilərə və “rəngli Maydan inqilabları”na kuratorluq edirlər”.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, bu barədə ukraynalı politoloq Vladimir Tsxvediani “Rosbalt” Xəbər Agentliyi tərəfindən onlayn formatda təşkil edilmiş və bir sıra MDB ölkələrində faşizmin qəhrəmanlaşdırılmasına və postsovet məkanında nasist abu-havasının güclənməsi faktlarına həsr olunmuş “Dəyirmi masa”da çıxışı zamanı deyib.
Tədbirdə, həmçinin Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov, Xarici və Müdafiə Siyasəti Şurasının üzvü, FTX-nın (FSB) ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov, habelə “Faşizmə stop!” Vətəndaş Təşəbbüsünün üzvləri - Moskva hökuməti yanında Millətlər Şurasının millətlərarası əlaqələrin inkişafı üzrə komissiyanın sədri Qalli Monastırova və “İzborsk” klubunun Vladimir regional şöbəsinin sədri Dmitri Sagal iştirak ediblər.
Politoloq Vladimir Tsxvediani öz araşdırmasının nəticəsi olan maraqlı faktları diqqətə çatdırıb.
Faktlara istinadla bildirib ki, Ukraynanın Daxili İşlər naziri (milliyyətcə ermənidir – red.) Arsen Avakov və Ermənistanın Baş naziri Nikol Paşinyan eyniadlı Qərb mərkəzlərindən kurasiya edilirlər, hansı ki, həmin mərkəzlər həm postsovet respublikalarında “rəngli inqilablar”ın, həm də anti-Rusiya düşüncələrinin təbliğ edilməsinin, o sırada faşizmin qəhrəmanlaşdırılmasının arxasında dururlar.
“Kiyevdəki Maydan hərəkatında müxtəlif ölkələrdən olan millətçilər iştirak ediblər. Ancaq 2014-cü ildə Maydanın ilk qurbanı ASALA erməni terror təşkilatının üzvü Sergey Niqoyan oldu. Hansı ki, onu elə özləri öldürmüşdülər ki, qarşıdurmanı qızışdırsınlar və qurbandan qəhrəman düzəltsinlər. Bütün bu işlərə Avakov nəzarət edir”, - deyə, politoloq araşdırmasının nəticələrini iştirakçılarla bölüşərkən bildirib.
Qeyd edək ki, öldürülən S. Niqoyanın valideynləri Nikol Paşinyanın doğulduğu İcevanın (Ermənistan) şəhər ətrafındandır.
“Ona görə də Ukraynada prezidentlər və hökumətlər bir neçə dəfə dəyişsə də, Daxili İşlər naziri Arsen Avakov yenə öz vəzifəsində qalır” deyən V. Tsxvediani bu sözlərlə diqqətə çatdırmaq istəyib ki, Avakov Rusiyanın perimetri boyu ona qarşı düşmən kordonu yaratmaq niyyəti güdən Qərb siyasi dairələrində ciddi dəstəyə malikdir.
Politoloq eyni zamanda, Nikol Paşinyanın dəfələrlə faşist əlaltısı Njdenin (Ter-Arutyunyan) qəhrəmanlaşdırılmasını müdafiə etdiyini, onu “Ermənistanın qəhrəmanı” adlandırdığını xatırladıb.
“Dəyirmi masa” iştirakçılarında daha böyük narahatlığı isə erməni millətçilərinin Q.Njdeyə pərəstişinin Rusiya ərazisinə ixrac etməsi doğurub.
Bu xüsusda qeyd edilib ki, ictimaiyyətin və deputatların fəallığı sayəsində 2016-cı ildə Sankt-Peterburqda general Mannerqeymin şərəfinə qoyulmuş xatirə lövhəsini və 2019-cu ildə Armavirdə (Rusiyanın cənubundakı şəhər – red.) nasist ortağı Qaregin Njdeyə qoyulmuş xatirə lövhəsini sökmək mümkün olub.
“Rosbalt” Xəbər Agentliyindəki tədbirin iştirakçıları Vladimir şəhər mərkəzi qəbiristanlığını da faşist ortağı Qaregin Njdenin boş məzarındakı postamentdən təmizləməyi vacib sayıblar. Bu məqsədlə “Faşizmə stop!” vətəndaş təşəbbüsünün üzvləri artıq Vladimir şəhər meriyasına müraciət göndəriblər.
Rubrika.Az
Facebook-da paylaş












