Türkiyədə növbəti FETO əməliyyatı – 46 nəfər saxlanıldı
![]()
ABŞ-da yaşayan türk əsilli din xadimi Fətullah Gülənlə işbirliyində günahlandırılan şəxslərin həbsi davam edir.
Rubrika.Az xəbər verir ki, türk polisi bu gün 23 vilayətdə əməliyyat keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində həbs qərarı olan 46 nəfər saxlanılıb. Terror təşkilatıyla işbirliyində şübhəli bilinən daha 19 nəfərin ələ keçirilməsi üçün əməliyyatlar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş













