Azərbaycan XİN Xorvatiya və Sloveniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Xorvatiya və Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib.
Rubrika.Az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb:
"Biz sizi Xorvatiya Respublikasının milli bayramı olan Dövlətçilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Xorvatiya xalqına möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik”.
Xarici İşlər Nazirliyi Sloveniyanı da milli bayram münasibətilə təbrik edib:
"Biz Sloveniyanı milli bayramı olan Dövlətçilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Sloveniya xalqına möhkəm cansağlığı, tərəqqi və sülh, həmçinin firavanlıq diləyirik”.
Rubrika.Az
Facebook-da paylaş











