Konyada iki yol qəzasında 9 nəfər ölüb
![]()
Türkiyənin Konya vilayətində iki ağır yol-nəqliyyat hadisəsi baş verib, 9 nəfər ölüb.
Rubrika.Az-ın APA-ya istinadən xəbərə görə, Konyanın Yunak rayonunda tarlada çalışan işçiləri daşıyan avtomobillə TIR toqquşub. Nəticədə 6 nəfər ölüb.
Konyanın Akşehir rayonunda baş verən qəzada isə 3 nəfər vəfat edib.
Rubrika.Az
Facebook-da paylaş








