26 iyun Silahlı Qüvvələr günü
1918-ci ilin 28 mayında müstəqil Azərbaycan hökumətinin yaranması ilə bir vaxtda Milli Ordu quruculuğu işinə başlanıldı.1918-ci il iyunun 26-sı ölkəmizin tarixinə Azərbaycan Demokratik Respublikası Silahlı Qüvvələrinin yaranma günü kimi yazıldı.1918-ci ilin dekabrın 25-də tam artilleriya generalı S.Mehmandarov hərbi nazir,dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski nazir müavini təyin olundular.
1920-ci ilin aprel ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sayı 30 min nəfərə çatmışdı.
Dövrün bütün çətinliklərinə və məhrumiyyətlərinə baxmayaraq, Azərbaycanda ordu quruculuğun davam etdirildi. Müasir Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə milli ordunun NATO standartlarına uyğun ilk möhkəm strukturları, bünövrəsi qurulmağa başlandı, Hərbi-hava və Hərbi-dəniz qüvvələrinin təməli qoyuldu. Ordumuz günü-gündən formalaşmağa başladı. Orduda bir çox xoşagəlməz hadisələr aradan qaldırıldı. Ordunun büdcəsi formalaşdı.
Azərbaycan xalqı sülhsevərdir.Ancaq bu sülhsevərlik məğlubiyyətlə barışmaq demək deyil. İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda daim çalışmalıyıq.
7 noyabr 2010-cu ildə Azərbaycan xalqı öz qəhrəman övladları– Mübariz və Fəridi son mənzilə yola saldı. Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də qatılmışdı. Şəhid hərbçilərin ailələrinə baş sağlığı verən Ali Baş Komandan dedi:”Bu gün Azərbaycan ordusunda Mübariz kimi, Fərid kimi minlərlə şücaət göstərən , mərd döyüşçülərimiz var. Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq”
İşğal olunmuş torpaqlarımızı azad etmək, müstəqilliyimizi qorumaq vəzifəsi bizim öhdəmizə düşür. Bu şərəfli işi yerinə yetirməsək, bunu nə tarix, nə də gələcək nəsillər bizə bağışlayar!
Nəsimi rayon gənci,
Hüseynli Elşən Adil oğlu
Facebook-da paylaş










