Ucarda avtomobil piyadanı vurdu - VİDEO
![]()
Ucarda piyada yol qəzasında ağır xəsarət alıb.
Rubrika.Az xəbər verir ki, hadisə Ucar şəhərinin Azərbaycan küçəsində baş verib.
Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Salik oğlu Əliyev idarə etdiyi "Lada-priora" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Qaracallı kənd sakini, 1980-ci il təvəllüdlü Zülfi İsgəndərovu vurub.
Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










