Nazirlər Kabineti QƏRAR verdi: Fəaliyyəti müvəqqəti dayandırıldı
![]()
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra qatarların hərəkatı dayandırılacaq.
Rubrika.Az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən açıqlama verilib.
Məlumata əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən bir sıra elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.
Rubrika.Az
Facebook-da paylaş















