Emin Ağalarov şəhidlərimizlə bağlı paylaşım etdi
![]()
Xalq artisti Emin Ağalarov şəhid olan əsgərlərlə bağlı paylaşım edib.
Rubrika.Az xəbər verir ki, sənətçi İnstaqram hesabında Azərbaycan bayrağını yayımlayaraq "Allah şəhidlərimizə rəhmət eləsin" - deyə qısa şərh yazıb.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş zamanı bir neçə əsgərimiz şəhid olub və yaralanıb.
Rubrika.Az
Facebook-da paylaş





